"Fənərbaxça"nın futbolçusu Rusiya klubuna keçir

Nigeriya millisinin sabiq üzvü Emanuel Emenike "Fənərbaxça"nı tərk etməyə hazırlaşır. 

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu karyerasını yenidən Rusiyada davam etdirəcək. Hücumçunun sabiq klubu "Spartak"la (Moskva) anlaşacağı gözlənilir. 

Bu barədə məlumatı futbolçunun meneceri Ərdəm Konyar Rusiya mətbuatına açıqlamasında verib. O bildirib ki, futbolçu Rusiyaya gedəcək və Moskva klubunun rəsmiləri ilə görüşəcək. Emenikenin mövsümün sonuna qədər icarəyə götürüləcəyi iddia edilir. 

Qeyd edək ki, Emanuel Emenike 2013-cü ildə "Spartak"dan İstanbul klubuna transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right