Şeydayev "Samsunspor"a keçir?

Milli komandamızın və Türkiyənin “Trabzonspor” klubunun üzvü  Ramil Şeydayevin adı “Samsunspor” klubuyla hallanır.

Newsport.az-ın məlumatına görə, I Liqa klubunun idman direktoru Coşqun Ziren açıqlamasında transfer qadağalarının olduğunu bildirib:

“Bizim transfer qadağamız var. Buna görə də heyətimizə futbolçu qata bilmərik. Düzdür, bu vəziyyəti düzəldə bilərik və bunun üçün çalışırıq. Amma çətin məsələdir. Transfer qadağasını götürsək, baş məşqçimiz Osman Özköylünün istəyilə bəzi mövqeləri gücləndirəcəyik. Əgər problemi həll edə bilməsək, komandamızdan göndərilən futbolçu olmayacaq və bu heyətlə yolumuza davam edəcəyik”.

Qeyd edək ki, FİFA “Samsunspor”a 2016-cı ilin yay və 2017-ci ilin qış transfer pəncərəsi zamanı heyətinə futbolçu cəlb etməyi qadağan edib. Bu səbəbdən Ramil Şeydayev sözügedən kluba transfer ola bilməz.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right