Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edir.
Newsport.az-ın məlumatına görə, "qartallar" “Deportivo”dan ayrılan hollandiyalı hücumçu Ryan Babeli transfer edir.
30 yaşlı futbolçunun dekabrın 24-də müqavilə imzalamaq üçün İstanbula gedəcəyi bildirilir.
Qeyd edək ki, Babel cari mövsüm “Deportivo”nun heyətində 11 oyuna 4 qol vurub.