15 yaşlı futbolçu İtaliya çempionatında debüt etdi

"Cenoa"nın 15 yaşlı hücumçusu Pieto Pelleqri İtaliya A Seriyasında "Torino"ya qarşı keçirilən matçda debüt edib.

Newsport.az-ın məlumatına görə, 15 yaşlı futbolçu  debüt matçında rekorda şərik çıxıb. Belə ki, "Roma"nın futbolçusu Amadeo Amadei də eyni yaşda İtaliya çempionatında debüt etmişdi. Amadeinin debütü 1937-cildə 2 may tarixində reallaşıb.

Qeyd edək ki, "Torino" - "Cenoa" matçı ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right