Ramil Şeydayev izlədi, "Trabzonspor" qalib gəldi

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" doğma meydanda "Kızılcabölükspor"u qəbul edib. Ramilin adının iştirak ərizəsinə daxil edilmədiyi matç Qara Dəniz təmsilçisinin 5 - 0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 4 xal olan "Trabzonspor" H qrupunda 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right