Millimizin üzvü oynamadı, komandası qələbə qazandı

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Ufuk Budakın şərəfini qoruduğu "Kayserispor" doğma meydanda "Darica Gənclərbirliyi"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3 - 1 hesablı qələbəsiylə yekunlaşıb.

Ufuk Budakın adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 3 turdan sonra aktivində 3 xal olan "Kayserispor" qrupda 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right