Deniz Yılmaz cəzalandırıldı, "Bursaspor" qalib gəldi

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" bu gün Türkiyə Super Liqasında XV tura yekun vuran oyuna çıxıb.
Newsport.az-ın məlumatına görə, Bursa təmsilçisi evdə "Antalyaspor"ıa görüşüB.
 
Matç Bakı vaxtilə saat 21:00-da başlayıb. 
 
Yılmaz start heyətində meydana çıxsa da, bu dəfə hücumun mərkəzində yox, sol cinahında yer alıb. Sonadək meydanda olan Deniz 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
Oyuna gəlincə, hər 3 qol ilk hissədə vurulub. Meydan sahibləri qələbəni bayram edib. 
 
Qeyd edək ki, "Bursaspor" 15 oyundan 27 xalla turnir cədvəlində 5-ci pillədə yer alıb. 
 
Türkiyə Super Liqası, XV tur
19 dekabr
21:00. "Bursaspor" - "Antalyaspor" - 2:1 
Qollar: Kubilay Kanatsizkus, 20, Pablo Batalla, 32 - Deniz Kadah, 41

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right