Dəniz Yılmaz start heyətdə

Türkiyə Superliqasında XV turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, sözügedən tur çərçivəsində millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" klubu da növbəti matçına çıxacaq. Bursa təmsilçisi doğma azarkeşləri qarşısında "Antalyaspor"la qarşılaşacaq. 

Artıq Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçın start heyəti də bəlli olub. "Yaşıl timsahlar"ın baş məşqçisi Hamza Hamzaoğlu bu oyunda da millimizin futbolçusuna start heyətində şans verib. 

Qeyd edək ki, Dəniz Yılmaz cari mövsümdə 2 qol vurub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right