Millinin sabiq üzvü karyerasını bitirdi

Braziliya millisinin sabiq üzvü Aleks karyerasını başa vurub. 

Newsport.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Football İtalia" iddia edir ki, "Milan"dan ayrıldıqdan sonra işsiz qalan futbolçu karyerasını başa vurmaq qərarına gəlib. Onun futboldan vidalaşmasında klub tapa bilməməsi yox, zədəsi səbəb olub. 

Qeyd edək ki, 34 yaşlı futbolçunun son iş yeri "Milan" olub. O, karyerası ərzində "Santos", "Çelsi", PSV və PSJ kimi komandalarda top qovub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right