Braziliyalı bombardir Premyer Liqamıza gəlir?

Bolqarıstanın "Botev" klubunun hücumçusu Joao Paulo komandasından ayrıla bilər.

 

Newsport.az xəbər verir ki, futbolçunun müqaviləsi ilin sonunda başa çatacaq. 28 yaşlı forvardla müqavilə yenilənnmədiyi üçün o, mövsümün sonunda komandanı azad agent statusu ilə tərk edə bilər. Bu, səsəbdən "Botev" braziliyalını qışda satmaq fikrindədir. Bolqarıstan mətbuatında yayılan məlumatlara görə, Joaoya Azərbaycan və Türkiyə klubları "elçi düşüb".

 

Futbolçunun agenti "Levski" və "Ludoqorets"dən də təklif alıqlarını bildirərək, bütün məsələlərə yaxın günlərdə aydınlıq gələcəyini bildirib.

 

Qeyd edək ki, Joao Paulo Bolqarıstan çempionatında 19 turdan sonra 12 qol vurub və bomabrdirlər siyahısına başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right