"Fənərbaxça"nın sabiq baş məşqçisi Almaniya klubunda

"Fənərbaxça"da ayrıldıqdan sonra işsiz qalan Vitor Pereyranın yeni klubunun adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Almaniyada çalışacaq. 48 yaşlı mütəxəssis Almaniya II Bundesliqasında mübarizə aparan "Münhen 1860" klubu ilə anlaşıb. 

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda bildirilib ki, tərəflər arasında 1,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Pereyra məşqçilik karyerası ərzində "Portu" və "Olimpiakos" kimi klublarda da çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right