Millimizin üzvü oynadı, komandası məğlub oldu

Türkiyə Super Liqasında 15-ci turun görüşləri davam edir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Ufuk Budakın şərəfini qoruduğu "Kayserispor" səfərdə "Adanaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2 - 1 hesablı qələbəsiylə yekunlaşıb.

Ufuk Budak bu matça start heyətdə başlayıb və 88 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xal olan "Kayserispor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right