"Beşiktaş" Bakıda mağaza açacaq

Yanvar ayında Bakıya səfəri gözlənilən "Beşiktaş" klubunun ölkəmizdəki azarkeşlərini sevindirən xəbər yayılıb.

 

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhənginin paytatımızda "Qartal yuvası" adlı mağazsı fəaliyyət göstərəcək. "Beşiktaş"ın formaları və atributları mağazada satılacaq. Açılış mərasimində komandanın prezidenti Fikrət Orman da iştirak edəcək.

 

"Beşiktaş"ın "Qarabağ"la oyun üçün tam heyətlə Bakıya gələcəyi qeyd edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right