"Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya La Liqasında "Eybar"a qarşı matçda Messinin etdiyi hərəkətə münasibət bildirib. L.Enrike sözügedən qarşılaşmada Messini əvəzləmək istəsə də, argentinalı hücumçu məşqçinin qərarına tabe olmayıb.
Newsport.az-ın xəbərinə görə,İspan mütəxəssis deyib ki, oyunçu dəyişikliyi etmədən öncə futbolçuları ilə məsləhətləşir:
"Onlardan əvəzlənmək istəyib-istəmədiklərini soruşuram. Neymar və İnyesta ilə də bu cür söhbətim olub. Burada pis heç nə yoxdur. Messi oynamaq istədiyi üçün Neymarı əvəzlədim".