Millimizin futbolçusu "Beşiktaş"a qarşı

Bu gün Türkiyə Super Liqasında 14-cü turun növbəti oyunları keçiriləcək. 


Newsport.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor"u "Beşiktaş"ın qonağı olacaq.

 

Ötən tur “Rizespor”la oyunda dubl edərək "timsahlar"a qələbə qazandıran Dəniz Yılmazın start heyətdə meydana çıxacağı gözlənilir. 

 

Qarşılaşma Bakıvaxtı ilə saat 20:00-da start götürəcək.

 

Əlavə edək ki, "Bursaspor" 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right