Arda Turan: "Biz dünyanın ən yaxşı komandasıyıq"

Çempionlar Liqasında "Barselona"nın Münhenqladbax "Borussiya"sını 4 - 0 hesabıyla məğlub etdiyi matçda 3 qol və 1 məhsuldar ötürməylə yadda qalan Arda Turan qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü UEFA-nın rəsmi saytına açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi meydanda hər şeyi komanda üçün etdiklərini deyib və bütün kuboklara namizəd olduqlarını fikirlərinə əlavə edib:

"Biz "Barselona"yıq. Dünyanın ən yaxşı komandasıyıq. Hər zaman meydanda ən yaxşı oyunumuzu göstərməyə çalışırıq. Son matçlarda yaxşı nəticələr əldə etmirdik və bunu düzəltməyimiz lazım idi. Hamımız komanda üçün çalışırıq. Qolları kimin vurmasının fərqi yoxdu.Son ana qədər Çempionlar Liqası və bütün kubokları qazanmaq üçün mübarizə aparacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right