"Qarabağ"ın rəqibi gəlir

Ölkəmizi Avropa Liqasında təmsil "Qarabağ" qrup mərhələsinin sonuncu matçında "Fiorentina"nı qəbul edəcək.
 
Newsport.az-ın məlumatına görə, Florensiya təmsilçisi Bakıya yola düşüb. "Bənövşəyilər" saat 16:30-da Heydər Əliyev adına hava limanına enəcək. Səfər müddətində İtaliya təmsilçisi "Hilton" otelində qalacaq və oyundan sonra İtaliyaya qayıdacaq.
 
"Qarabağ" - "Fiorentina" matçında qonaqları dəstəkləmək üçün 99 azarkeş İtaliyadan Bakıya gələcək.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 8 dekabr, saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right