"İnter" 30 milyon avroluq futbolçusunu icarəyə verir

“İnter”in yayda “Santos”dan transfer etdiyi Qabriel Barbosa komandasında xoşbəxt deyil.

Newsport.az-ın məlumatına görə, bu barədə Qabiqol ləqəbli forvardın agenti Vaqner Ribeyro məlumat verib:

“Qabiqol "İnter"də şans qazanmadığı üçün çox məyusdu. Belə davam etsə, o digər komandalara icarəyə yollanacaq. Yanvarda gələn təklifləri dəyərləndirəcəyik”.

Qabriel Barbosa “İnter”ə 30 milyon avro qarşılığında transfer olunub. Braziliya yığmasının üzvü cari mövsümdə cəmi 16 dəqiqə şans qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right