"Beşiktaş" azarkeşlərinə Kiyevdə hücum

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə Kiyev “Dinamo”sunun qonağı olacaq Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri Ukrayna paytaxtında xoşagəlməz halla üzləşib.

 

Newsport.az xəbər verir ki, İstanbul klubunun tərəfdarlarına “Dinamo” azarkeşləri tərəfindən Kiyevdə bir kafedə hücum edilib. 

 

Tərəflər arasında dava olub. Paytaxt polisi məsələyə qarışıb və türk azarkeşlərə şəhərdə tək gəzməmələrini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right