Millimizin üzvünün qolları "Bursaspor"a qələbə qazandırdı VİDEO

Bu gün baş tutan qarşılaşmalarla Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.

 

Newsport.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Rizəspor"u qəbul edib. Matç "timsahlar"ın 2 - 1 hesablı qələbəsiylə başa çatıb.

 

Dəniz Yılmaz görüşə start heyətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb. O, komandasının hər iki qolunun müəllifi olub.

 

Bu qələbə sayəsində xallarını 24-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 5-ci pilləsindəki yerini qoruyub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right