"Real"ın futbolçusundan "Barselona" azarkeşlərinə orta barmaq FOTO

İspaniya La Liqasının XIV turu "El Klasiko” ilə yadda qalıb.
 
Newsport.az-ın məlumatına görə, "Barselona” "Nou Kamp”da əzəli rəqibi "Real”ı qəbul edib.
 
Oyunda hesabı açan tərəf meydan sahibi olub. Qarşılaşmanın 53-cü dəqiqəsində Luis Suares madridliləri meydanın mərkəzinə dəvət edib. Ancaq matçın son dəqiqəsində Serxio Ramos hesabda tarazlıq yaradıb - 1:1.
 
Müdafiəçinin bu qolundan sonra "Real"ın futbolçusu Karvahal sevincini "Barselona" azarkeşlərinə acıq verməklə qeyd edib. O, kataloniyalı fanatlara orta barmaq işarəsi göstərib.

"Real"ın futbolçusundan "Barselona" azarkeşlərinə orta barmaq - FOTO

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right