Вraziliyanın “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin Kolumbiyanın Medelin şəhərinin yaxınlığında qəzaya uğraması futbol dünyasını yasa qərq etdi. Dəhşətli qəzadan sonra 70-dən çox insan dünyasını dəyişdi.
Newsport.az futbol tarixində yaşanmış ən dəhşətli təyyarə qəzalarını təqdim edir:
1949-cu il – Futbol tarixinin ilk təyyarə qəzası
“Torino” klubu “Alitalia”ya məxsus G212CP model təyyarə Portuqaliyadan qayıdarkən Turin yaxınlığında qasırğanın güclənməsi nəticəsində 672 metr yüksəklikdə yerləşən Superqa təpəsində yerləşən bazilikaya çırpılıb və qəzaya uğrayıb. 18 futbolçunun dünyasını dəyişdiyi qəzada çoxu italyan olmaqla, Turin klubunun məşhur kapitanı Valentina Matsola da yer alıb. Futbolçularla yanaşı, bir neçə yerli jurnalist, o cümlədən ingilis məşqçi Lesli Livsli də həyatını itirib. Buna qədər ardıcıl dörd dəfə İtaliya çempionu olan “Torino” böyük itkilərə baxmayaraq, növbəti mövsümü də qızıl medallarla başa vurub. Maraqlıdır ki, mövsümü çempion kimi başa vuran komandanın oyunçularının əksəriyyəti əvəzedici heyətdən gətirilən futbolçular olub.

“Mançester Yunayted”
1958-ci ilin fevralın 5-də Mett Basbinin rəhbərlik etdiyi “Mançester Yunayted” Avropa Çempionlar kubokunun yarımfinal oyunu çərçivəsində Serbiyanın “Srvena Zvezda” klubunu məğlub edərək yarımfinala yüksəldi. İngiltərə qayıdan komandanın təyyarəsi Almaniya Münhen şəhərində yanacaq doldurmaq üçün eniş etmişdi. Bundan sonra isə komanda Mançesterə uçacaqdı. Pilotların ilk 2 cəhdi uğursuz alındı. 3-cü cəhdində havaya qalxan təyyarə yüksəkliyə uça bilmədi və tarazlığını itirərək evlərin üstünə çırpılıb. Qəza nəticəsində klubun 8 oyunçusu həlak olmuş, digər oyunçular və Mett Basbi məşqçi heyəti sağ qalmışdır. Həmin dövrlərin ulduzu olan Dankın Edvards faciədən 15 gün sonra vəfat etmişdi. Hadisədən sonra “qırmızı şeytanlar” yarımfinalın ilk oyununda “Milan”a qalib gəlsə də, cavab oyununda uduzaraq mübarizəni dayandırmışdı. Çoxları bu hadisədən sonra klubun zəifləyəcəyini söyləyirdi. Lakin Mett Basbi sağ qalmış oyunçulardan və gənclərdən güclü bir klub düzəltmiş və komandanı 1965 və 1967-ci illərdə çempion etmişdir.

“Qrin Kross”
1961-ci ilin martın 11-də ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində Çilinin paytaxtı Santyaqodan Osornoya səfər edən “Qrin Kross” klubunun təyyarəsi Los-Lastimas yaxınlığında qəzaya uğrayıb. And dağlarına çırpılan təyyarədə olan 24 nəfərin hamısı dünyasını dəyişib. Onlardan 20-si futbolçu, 2-si məşqçi, 2-si isə həkimlər briqadasının üzvləri olublar. Maraqlıdır ki, hadisədən uzun illər sonra 2015-ci ildə And dağlarına qalxan idmançılar təyyarənin qalıqlarını tapıblar.


“Strongest”
Daha bir qəza 1969-cu ildə Boliviyada qeydə alınıb. Boliviyanın ən titullu klubu – “Strongest” ölkənin digər klubu “Santa Kruz” komandasından yoxlama oyunu keçirilməsi üçün təklif alıb. Oyuna təyyarə ilə yollanan “Strongest” klubu qayıdan zaman qəzaya düçar olub. Hadisə nəticəsində klubun 19 futbolçusu və prezidenti dünyasını dəyişib.

“Paxtakor”
Təyyarə qəzasının növbəti qurbanları 1979-cu ilin avqustun 11-də özbəkistanlı futbolçuları olublar. SSRİ çempionatında “Dinamo” ilə oyun üçün “Paxtakor”u Minskə aparan təyyarə başqa bir hava gəmisi ilə toqquşub. Hadisədən sağ qurtulan olmayıb. Hər iki təyyarədə olan 178 nəfər həlak olub. Onlardan 17-si futbolçu olub.

Zambiya
Zambiya millisi qarşısına ABŞ-da keçiriləcək DÇ-1994-ə qatılmağı hədəf qoymuşdu. Adıçəkilən ölkə DÇ-1994-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirmək üçün Qabonun paytaxtı Libervilleyə yollanır. Yolda bir dəfə yanacaq doldurulan təyyarədə problemin olduğu aşkarlansa da, pilotlar yola davam etmək qərarına gəlirlər. Eniş etməyə az qalmış problem özünü göstərir və təyyarə yerə çırpılaraq qəzaya uğrayır. Nəticədə 30 nəfər həlak olur ki, bunlardan da 18-i Zambiya millisinin futbolçuları və texniki heyəti idi.
