Mövsümün əvvəlində İtaliyanın "Torino” klubundan "Monako”ya transfer olunan Kamil Qlik açıqlama verib.
Newsport.az-ın məlumatına görə , Polşa millisinin üzvü adının "Yuventus”la hallanmasına münasibət bildirib. 28 yaşlı futbolçu "Yuventus”a keçməsinin mümkünsüz olduğunu bildirib.
O, bunu sabiq komandası "Torino”nun "Yuventus”la əzəli rəqib olması ilə əlaqələndirib: "Məni heç vaxt "Yuventus”un foormasında görməyəcəksiniz. Mən hər zaman "Torino” azarkeşi olaraq qalacağam”.
Qlik "Torino”nun heyətində "Yuventus”a məğlub olduqları matçları unutmadığını da bildirib: "İtaliya kubokunda "Yuventus”a çox böyük hesabla uduzmuşduq. Həmin oyun keçirdiyimiz ən is matçlardan biri idi. O anları unuda bilmirəm”.