"Qarabağ"ın rəqibi "İnter"ə məğlub oldu

İtaliya A Seriasında 14-cü turun görüşlərinə yekun vurulub.

Newsport.az-ın məlumatıəna görə, turun son oyunu Milanda baş tutub. Meydan sahibi "İnter" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Fiorentina"nı qəbul edib. Matç meydan sahiblərinin 4 - 2 hesablı qələbəsiylə başa çatıb.

"İnter" - "Fiorentina" 4:2

QOLLAR: Marselo Brozoviç, 3, Antonio Kandreva, 9, Mauro İkardi, 19, 90+1 - Nikola Kaliniç, 37, Cosip İliçiç, 62

Qırmızı vərəqə: Qonsalo Rodriqes, 45

 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right