Bakı "İnter"inin sabiq futbolçusu da qəzaya uğrayan təyyarədə olub

Xəbər verdiyimiz kimi, Braziliyanın "Şapokoense” klubunu Kolumbiyaya aparan təyyarə qəzaya uğrayıb. 
 
Newsport.az xəbər verir ki, qəzaya uğrayan təyyarədə vaxtıilə Azərbaycan Premyer Liqasında oynamış iki futbolçu da olub. Söhbət Filipe Joze Maçada və Tiyeqo de Xesusdan gedir. 
 
32 yaşlı Maçado 2010/11 mövsümündə Bakı "İnter"inin formasını geyinib. Müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyuna çıxıb.

 

Tieqo isə "Xəzər Lənkəran"da forma geyinib. O, cənub klubunun heyətində 29 oyun keçirib və 2 qol vurmağı bacarmışdı. 
 
Qeyd edək ki, "Şapokoense” Sudamerikana kuboku çərçivəsində "Atletiko Nasional” klubu ilə qarşılaşacaqdı. Matç dekabr ayının 1-nə təyin olunmuşdu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right