Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatıəna görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Ramilin adı bu görüşün iştirak ərizəsində yer alsa da, o, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Trabzonspor" 12 turdan sonra 12 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.