Hakan Şükürün atası ilə bağlı yeni qərar

Türkiyə millisinin və “Qalatasaray”ın əfsanəvi hücumçusu Hakan Şükürün atası Selmet Şükürün həbs olunduğunu xəbər vermişdik.

Bu ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ qruplaşmasıyla yaxın olduğu deyilən Hakan Şükürün atası həbs olunmuşu.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ata Şükür barədə yeni qərar çıxarılıb. Bu qərara əsasən, Selmet Şükür həbsxanadan çıxarılıb və o, ev dustağı olacaq. Şükür bundan sonra elektrikli qandallarla gəzəcək. Onun həbsxanadan çıxarılaraq ev dustağına çevrilməsinin səbəbi səhhətində problemlərin yaranmasıdı.

"Fətullahçı Terror Təşkilatı" ilə (FETÖ) əlaqədə ittiham olunan Hakan Şükürün Türkiyədəki var-dövlətinə əl qoyulub. O, özü hazırda Amerikada yaşayır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right