Türkiyə Superliqasında XI turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, sözügedən tur çərçivəsində millimizin üzvü Ufuk Budakın forma geyindiyi "Kayserispor” da növbəti oyununa çıxıb.
Kayseri təmsilçisi öz meydanında "Gənclərbirliyi”ni qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb. Qonaqlar Kayseri səfərində 2 qolla 3 xalı bayram ediblər.
Millimizin üzvü bu oyunda iştirak etmək hüququ qazanıb. O, matçın 46-cı dəqiqəsində Larrus Mabialanın əvəzinə meydana daxil olub və sona qədər mübarizə aparıb.
Qeyd edək ki, "Kayserispor” geridə qalan XI turda 9 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.