"Qalatasaray"a transfer qadağası!

"Avroliqa"da çətin mübarizə aparan "Qalatasaray Odeabank"ın maliyyə hesabatlarının araşdırılması nəticəsində, klubun vaxtı keçmiş ödənişləri olduğu müəyyən olunub. 

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılı" klub məsələnin 30 gün araşdırılacağı müddət ərzində transfer edə bilməyəcək. Bu xəbərlə sarsılan baş məşqçi Ərgin Atamanın planları da pozulub.

Belə ki, heç bir verim ala bilmədiyi Russ Smiti sataraq, yeni oyunçu almağı planlaşdıran Atamanın, transfer qadağası ilə əli-qolu bağlanıb.

Qeyd edək ki, "Qalatasaray" "Avroliqa"da oynadığı 7 matçda 1 qələbə qazanıb, 6 dəfə isə məğlub olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right