Arda və Neymar cəzalandırıldı

İspaniyanın "Barselona” klubu Türkiyə millisinin üzvü Arda Turanla braziliyalı futbolçu Neymarı cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, hər iki futbolçuya pul cəzası kəsilib. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Bildirilir ki, buna futbolçuların məşqə gecikməsi səbəb olub. Verilən pul cəzasının miqdarının az olduğu qeyd edilir.

Nizam-intizama ciddi yanaşması ilə seçilən Luis Enrikenin məşqə gecikən futbolçulara 200 avro cəza verdiyi söylənilir. Ötən mövsüm bu səbəbdən ən çox cəza alan futbolçu 2300 avro ödəyən Pike olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right