"Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə Superliqasında yerli oyunçu statusundan məhrum edilib.
Newsport.az-ın məlumatına görə, bu, hücumçunun millimizin heyətində DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda rəsmi debütündən sonra baş verib.
Bununla da "Bursaspor"da əcnəbi oyunçuların sayı 9-a yüksəlib.
Qeyd edək ki, Dəniz Yılmaz Şimali İrlandiya ilə oyunun 46-cı dəqiqəsində Ramil Şeydayevin əvəzinə meydana daxil olmuşdu.