Arda Turan və Ronaldo tarixə keçdi

2018 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsi 4-cü həftə matçlarında yaddaşlarda qalacaq bir çox hadisə yaşandı.

Newsport.az-ın məlumatına görə, İspaniya təmsilçisi "Real Madrid"də forma geyən portuqaliyalı ulduz Kristiano Ronaldo, Latviya qarşısında 2 dəfə fərqlənməyi bacararaq, milli komandadakı qol sayını 68-ə yüksəltdi və İrlandiyalı Robbi Kini yaxalayaraq, aktiv futbolçular arasında beynəlxalq qarşılaşmalarda ən çox qol vuran futbolçu ünvanını qazanıb.

Milli formayla rəqib qapıları 84 dəfə düzgün nişan ala bilən macarların əfsanə futbolçusu Ferenç Puşkas, ən çox qol vuran Avropalı futbolçu mövqeyindədir. Puşkası 75 qolla vətəndaşı Sandor Koçsis və 71 qolla alman Miroslav Kloze izləyir. Almaniya millisi ilə bir dəfə FIFA Dünya Kuboku və Avropa Çempionluğu zəfərləri əldə edən əfsanə futbolçu Gerd Müllerin də 68 qolu var.

Dünya nəzdində isə beynəlxalq qarşılaşmalarda ən çox fərqlənən futbolçu, 1993-2006-ci illərdə İran milli komandası forması geyən Əli Daedir. İranlı sabiq milli futbolçu, 109 qolla zirvədə qərarlaşıb.

 

Gnabrydən ilk milli matçda hat-trick

Alman futbolçu Serje Gnabry, milli komanda formasıyla çıxdığı ilk qarşılaşmada "hat-trick" edib.

Almaniya Bundesliqa komandalarından "Verder Bremen"də forma geyən 21 yaşlı yarımmüdafiəçi San Marinonu səfərdə 8-0 məğlub etdikləri qarşılaşmanın 9, 58 və 76-cı dəqiqələrində qol vurmağı bacarıb.

Şkrtel 8 il fasilədən sonra milli formayla qol atdı

"Fənərbaxça"nın slovak futbolçusu Martin Şkrtel, Slovakyanın Litvanı 4-0 məğlub etdiyi qarşılaşmada rəqib qapıya yol taparaq, milli komandada 8 il aradan sonra rəsmi matçda qol sevinci yaşadı.

Mövsüm öncəsində sarı-lacivərdlilərin Premyer Liqa təmsilçisi "Liverpul"dan heyətinə qatdığı 31 yaşındakı müdafiəçi, ən son 2008-ci ilin sentyabrında FIFA Dünya Kuboku Avropa seçmə mərhələsi çərçivəsində baş tutan Şimali İrlandiya ilə qarşılaşmada fərqlənə bilmişdi.

 

Ən sərrast yığma komanda - Belçika

Belçika yığması 2018 FIFA Dünya Kuboku seçmə mərhələsində geridə qalan 4 həftədə atdığı 21 qolla, ən sərrast komanda kimi diqqəti çəkir.
H qrupunda 12 xalla lider vəziyyətdə olan Belçika, Cənubi Kipr millisini 3-0, Bosniya Hersoqovinanı 4-0, Cəbəllütariqi 6-0 və son olaraq Estoniya yığmasını 8-1 hesabı ilə məğlub edib.

İtaliya seçmə mərhələlərdə 54 matçdır ki, məğlub olmur

İtaliya milli komandası səfərdə Lixtenşteyni 4-0 məğlub edərək seçmə mərhələlərdəki məğlubiyyətsizlik seriyasını 54 matça çıxardı.
İtalyanlar 2006-cı ilin sentyabrında Fransaya 3-1 məğlub olduğundan bu yana, oynadığı 54 matçda 40 qalibiyyət, 14 bərabərlik əldə edib.
İngiltərə milli komandası da seçmə mərhələlərdə 33 matçdır ki, məğlubiyyət üzü görmür. Son olaraq 2009-cu ilin oktyabrında Ukraynaya 1-0 məğlub olan ingilislər, o tarixdən sonra çıxdığı 33 matçda 25 qalibiyyət əldə edib, 8 dəfə də bərabərə qalıb.

4 oyunun hamısını qazanan 3 komanda

2018 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsi çərçivəsində keçirilən 4 həftədə, Almaniya, Belçika və İsveçrə bütün matçlarını qazanmağı bacarıb.
Andorra, San-Marino, Malta, Makedoniya, Lixtenşteyn və Cəbəllütariq isə hələ ki, qruplarında xal qazana bilməyiblər.

Milli formayla qol vuran ən yaşlı ispan

İspan futbolçu Aritz Aduriz, Makedoniyanı 4-0 məğlub etdikləri qarşılaşmada fərqlənərək, İspaniya milli komandasında qol vuran ən yaşlı futbolçu oldu.
Makedoniya qarşısında qapını düzgün nişan alan 35 yaş 275 günlük "Atletik Bilbao"lu futbolçu, milli formayla qol vuran ən yaşlı oyunçu ünvanını, 1930-cu ildə Portuqaliyaya 35 yaş 225 günlük qol vuran Jose Mariya Penanın əlindən aldı.

Yunan azarkeşlərdən "Srebrenitsa" pankartı

Seçmə mərhələdə Yunanıstanın öz meydanında Bosniya və Herseqovina ilə 1-1 bərabərə qaldığı qarşılaşmada, bəzi yunan azarkeşlər üzərində serblərin bosniyalılara qarşı nifrət ifadəsi olaraq göstərilən, "Bıçaq, tel, Srebrenitsa" (Noz, zica, Srebrenica) yazılı pankartını açdı.
Eyni zamanda yunan azarkeşlərin bosniyalıları təhrik etmək üçün matçda Serbiya bayrağı açdıqları da görüldü.

Arda Turan ən çox milli olan 4. futbolçu

Fatih Terim tərəfindən 4 matç aradan sonra yenidən milli komanda heyətinə dəvət edilən Arda Turan, Türkiyənin 2-0 qələbəsi ilə nəticələnən Kosovo matçı ilə ay-ulduzlu formanı 95-ci dəfə geydi və Tuqay Kərimoğlunu geridə qoydu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right