"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Fatih Terimi sərt tənqid etdi

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin Fatih Terimi tənqid edib.

 

Newsport.az xəbər verir ki, o, Türkiyə millisinin baş məşqçisini öz mənfəətləri üçün çalışdığını bildirib:

 

“Onun dərdi başqadır. Ancaq öz mənfəətlərini düşünür. Türkiyə futbolunu xaosa sürükləməkdə davam edir. Heç bir şəkildə bir əməli ilə digər eyni deyil. Təzad içindədir.Bütün futbolçuları öz işlərinə görə məhv edə bilər. 3 illik qısa bir müddətdə əsas komandaya 90-a yaxın futbolçu çağırıb və göndərib. Terim işləri yaxşı getsin deyə, hər şey edir. Türk futbolunu işğal edib. Onun haqqında çox şeyi qarşıdakı günlərdə açıqlayacam”.

 

Qeyd edək ki, Oğuz Çətin 2014-cü ildə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right