Türkiyəli FİFA referisi Cüneyt Çakır UEFA-dan növbəti təyinatını alıb.
Newsport.az-ın məlumatına görə, Çakır DÇ-2018-in seçmə mərhələsinin F qrupu çərçivəsində baş tutacaq İngiltərə - Şotlandiya oyununu idarə edəcək.
Qeyd edək ki, İngiltərə - Şotlandiya oyunu F qrupunun ən maraqlı oyunlarından biridi. Sözügedən qarşılaşma noyabrın 11-də keçiriləcək.