Türkiyə Super Liqasının 10-cu turunda “Akhisar Bələdiyyəspor” - “Fənərbaxça” (1:3) matçında qonaqların hollandiyalı ulduzu Robin van Persi qarşılaşmada ciddi zədə alıb.
Newsport.az xəbər verir ki, təcrübəli futbolçu oyunun 26-cı dəqiqəsində hesabı açıb. Hissənin sonlarında rəqib futbolçu ilə toqquşan van Persi gözündən xəsarət alıb. Onun gözü tamamilə qanla örtülüb. Futbolçu dərhal xəstəxanaya çatdırılıb.
Müayinələrdən sonra isə zədənin ciddi olmadığı müəyyənləşib.