Millimizin üzvünü transfer edən məşqçi istefa verdi

Türkiyə Superliqasında mübarizə aparan "Kayserispor” klubunda istefa reallaşıb.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Hakan Kutlu istefa verdiyini açıqlayıb. 
 
Kayseri təmsilçisi Superliqanın X turunda səfərdə "Osmanlıspor”la heç-heçə edib – 1:1. Oyundan sonra keçirilən mətbaut konfransında fikirlərini bildirən mütəxəssis istefa verdiyini deyib. Onunla bağlı yekun qərarı klub rəhbərliyi verəcək. 
 
Qeyd edək ki, millimizin üzvü Ufuk Budak hazırda "Kayserspor”da çıxış edir. O, daha əvvəl "Qaziantep BB"də Kutlunun rəhbərliyi altında oynamışdı və 44 yaşlı çalışdırıcının istəyi ilə komandaya transfer edilmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right