UEFA -dan "Qalatasaray"a 32, "Beşiktaş"a 40 milyon avro

UEFA Çempionlar Liqasında 2015/2016 mövsümü üçün klubların gəlirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, Türkiyəni ötən mövsüm qitənin bir nömrəli yarışında təmsil edən "Qalatasaray" 32 milyon  489 min avro qazanıb.
 
Bu məbləğin 17 milyon 881 min avrosu yayımdan əldə olunub.
 
Deməli, "Beşiktaş" da cari mövsümdə yeganə iştiakçı olduğundan ən azından yayımdan 17 milyon 881 min avro qazanacaq. Bundan başqa "qara-qartallar" qrup mərhələsinə qatıldığı üçün 12 milyon əlavə gəlir əldə edəcək. İstanbul təmsilçisin qrupda qazandığı nəticələrə görə daha 3 milyon alacaq. Şenol Günəşin komandası qrupdan çıxmağı bacarsa, daha 5,5 milyon gəlir əldə edəcək. "Beşiktaş" bunu bacarsa, cari mövsümdə ÇL-dən 40 milyon gəlir əldə edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right