Türkiyənin "Beşiktaş” klubu ciddi ikti ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, "qara qartallar”ın aparıcı üzvü Caner Erkin uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Belə ki, Superliqanın son turunda "Antalyaspor”la qarşılaşmada dabanından zədə alan futbolçu əməliyat olunub. Onun 5-6 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Bu barədə klub rəsmi Sarper Çətinkaya da məlumat verib: "Daban əməliyyatı bir futbolçunun 5-6 ay oyanamayacağı anlamına gəlir. Caner çox güclü futbolçudu. İnanıram ki, o, zədəsini daha tez bərpa etməyi bacaracaq”.
Qeyd edək ki, Caner İtaliyanın "İnter” klubuna məxsus futbolçudu. O, mövsümün əvvəlindən icarə əsasında "Beşiktaş”da çıxış edir.