Bu gün Türkiyə superliqasında 8-ci turun növbəti oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, milli komandamızı üzvü Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” “Qalatasaray”ın qonağı olub. Trabzon təmsilçisi minimal hesabla qalib gəlib - 1:0.
Ramil Şeydayevin adı “18-liy”ə daxil edilib. Ancaq baş məşqçi Ərsun Yanal gənc hücumçuya şans verməyib.
Qeyd edək ki, 8 turdan sonra "Trabzonspor" 10 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.