Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, turun mərkəzi oyununda "Qalatasaray" doğma meydanda "Trabzonspor"u qəbul edəcək.
Azərbaycan millisinin üzvü Ramil Şeydayev yeni komandasının heyətində Super Liqada debüt edə bilər. Belə ki, Qara dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal səfər matçında 23 futbolçu ilə yollanıb ki, bunların arasında Şeydayev də var. Onun heyətə daxil edib-edliməyəcəyi qarşıdakı saatlarda bilinəcək.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.