"Qalatasaray"ın sabiq futbolçusu öldürüldü

“Qalatasaray”ın sabiq futbolçusu Burhan Yıldız öldürülüb.

Newsport.az-ın məlumatına görə, oyunçu Cengiz adlı dostu tərəfindən başından silahla vurulub. Belə ki, onlar kafedə oturub yeyib-içdikdən sonra mübahisə ediblər. Hər iki tərəf kafeni tərk edib. Lakin Burhana qarşı əsəbi soyumayan Cengiz kafenin önündə dostunun başına 5 dəfə silahla atəş açıb. Xəstəxanaya aparılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Burhan Yıldız 2012-2015-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub. 21 yaşlı futbolçu İstanbul klubundan "Amedspor"a, daha sonra isə "Silivrispor"a transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right