UEFA-dan Çakıra növbəti təyinat

Çempionlar Liqasının E qrupu çərçivəsində keçiriləcək "Bayer" - "Tottenhem" matçını idarə edəcək hakimin adı açıqlanıb.
 
Newsport.az-ın məlumatına görə, sözügedən qarşılaşma türkiyəli referi Cüneyt Çakıra həvalə olunub.
 
Ona bu işdə Bahaddin Duran və Tarık Ongün yardım edəcək. Mustafa Əmrə Eyisoy dördüncü, Hüseyn Göçəklə Barış Şimşək isə əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, "Bayer" - "Tottenhem" matçı oktyabrın 18-də, Bakı vaxtı ilə 22:45-də başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right