"Fənərbaxça"da növbəti itki

"Fənərbaxça" klubu daha bir futbolçusunun xidmətindən məhrum olub.

Newsport.az-ın məlumatına görə, "sarı-lacivərtliər"in gənc yarımmüdafiəçisi Salih Uçan sıradan çıxıb. O, Türkiyə U-21 milli komandasının məşqi zamanı ağrılar hiss edib və məşqi yarımçıq tərk edib.

Tibbi müayinədən sonra futbolçunun əzələsində yırtıq olduğu aşkarlanıb. 21 yaşlı yarımmüdafiəçinin 10 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, bundan başqa İstanbul nəhənginin futbolçusu Ozan Tufan da Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İslandiya ilə keçirilıə qarşılaşmnada zədələnmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right