Türkiyə Super Liqasında 6-cı tura start verilib.
Newsport.az-ın məlumatına görə, turun ilk oyununda "Akhisar" "Gənclərbirliyi" ilə qolsuz bərabərə qalıb.
Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" səfərdə "Karabükspor"a böyük hesabla uduzub - 0:4. Bu oyunda Şeydayevin adı matçın iştirak ərizəsinə salınmayıb.
Ufuk Budakın şərəfini qoruduğu "Kayserispor" isə səfərdə "Kasımpaşa"nın qonağı olub. Budakın fasilədən dərhal sonra meydana çıxdığı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə nəticələnib.
Türkiyə Super Liqası, 6-cı tur
30 sentyabr
Akhisar - Gənclərbirliyi 0:0
1 oktyabr
Karabükspor - Trabzonspor 4:0
Qol: Yatabare, 52. Latovlevici, 63. Traore, 73. Zeki Yavru, 86-avtoqol.
Kasımpaşa - Kayserispor 3:1
Qol: Adem Büyük, 59. Veysel Sarı, 66. Batuhan Altıntaş, 90+2 - Velliton, 34.
Qırmızı vərəqə: Samba Sou, 51 (Kayserispor).
Qaziantepspor - Bursaspor 3:2
Qol: Qilas, 31. Kanqva, 60; 79 - Batalla, 41. Del Valle, 90+2.
Qırmızı vərəqə: Erdem Özgenç, 45+4 (Bursaspor).
Rizəspor - Beşiktaş 0:1
Qol: Korreya, 90+3.