"Qarabağ"ın rəqibində baş məşqçi istefası

Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Fiorentina"da baş məşqçi istefası reallaşmaq üzrədi.
Newsport.az-ın məlumatına görə, İtaliya təmsiçisinin çalışdırıcısı Paulo Souza tutduğu postdan getmək qərarına gəlib.
 
Bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, rəhbərliyin apardığı transfer siyasəti baş məşqçini qane etməyib. Buna görə də Souza "Fiorentina"dan ayrılmaq qərarına gəlib. Artıq bu barədə o, klub rəhbərliyinə məlumat verib.
 
Qeyd edək ki, 46 yaşlı mütəxəssis "Fiorentina"ya ötən ildən rəhbərlik edir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right