Mövsüm başa çatdıqdan sonra "Qarabağ”dan ayrılan Samuel Armenterosun yeni komandasının adına aydınblıq gəlib.
Newsport.az saytının məlumatına görə, isveçli futbolçu karyerasını növbəti dəfə Hollandiyada davam etdirəcək.
26 yaşlı hücumçu daha əvvəl də formasını geyindiyi "Herakl” klubu ilə anlaşıb. O, Almela təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd erdək ki, Armenteros 2009-13-cü illərdə "Herakl”da top qovub. Onun karyerasının ən çox formasını geyindiyi klub da məhz "Herakl”dı.
