Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan “Fiorentina” və “Slovan” ölkə çempionatında növbəti oyunlarına çıxıblar.
Newsport.az-ın məlumatına görə, İtaliya “A” seriyasının ikinci turunda “Fiorentina” “Kyevo”nu 1:0 hesabı ilə məğlub edib. Mövsümdə ilk qələbəsini qazanan Florensiya klubu hazırda turnir cədvəlində 10-cudur.
“Slovan” da eynihesabla qalib gəlib. Liberets təmsilçisi beşinci turda səfərdə “Pribram”ı yeganə qolla üstələyib. Bu, “Slovan”ın cari mövsümdə Çexiya çempionatında ilk qələbəsidir.