Türkiyə millisinin Rusiya və Xorvatiya ilə oynayacağı qarşılaşmalar üçün heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Fatih Terim sürpriz qərarı ilə yadda qalıb.
Belə ki, təcrübəli çalışdırıcı Arda Turan, Burak Yılmaz, Səlçuk İnan, Hakan Balta, Gökhan Gönül, Caner Erkin kimi aparıcı futbolçulara dəvət göndərməyib.
Milliyə cəlb edilən futbolçular isə aşağıdakılardı:
Qapıçılar: Harun Tekin ("Bursaspor"), Onur Kıvrak ("Trabzonspor"), Volkan Babacan ("Başakşehir")
Müdafiəçilər: Ahmet Oğuz, Ahmet Çalık (hər ikisi "Gənclərbirliyi"), Şener Bayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (hamısı "Fənərbaxça"), Çağlar Söyüncü ("Frayburq"), Serdar Aziz ("Qalatasaray")
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), İrfan Can Kahveci ("Gənclərbirliyi"), Mehmet Topal, Ozan Tufan, Salih Uçan, Volkan Şen (hamışı "Fənərbaxça"), Nuri Şahin , Emre Mor (hər ikisi "Borussiya" Dortmund), Oğuzhan Özyakub, Olcay Şahan (hər ikisi "Beşiktaş"), Gökhan Töre ("Vest Hem"), Cengiz Ünder ("Başakşehir")
Hücumçular: Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts"), Enes Ünal ("Tvente")