Türkiyə Super Liqasında 2016/17 mövsümünə start verilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" doğma azarkeşləri önündə "Kasımpaşa"nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hər iki qolu Oqenyi Onazi vurub.
Komandanın baş məşqçisi Ersun Yanal millimizə cəlb olunacaq Şeydayevin adını 18 nəfərlik siyahıya daxil etməyib.