"Sanderlend" və "Uotford" Yunes Kabulun transferində razılıq əldə edib.
Newsport.az-ın məlumatına görə, Kabulun "Uotford"a keçidi rəsmiləşib.
30 yaşlı futbolçu özü də "Sanderlend"də oynamaq imkanı tapmadığından "Uotford"a keçib. "Tottenhem"in sabiq üzvü Türkiyədən təkliflər alsa da, İngiltərədən ayrılmayıb.